İşgüzarlığa maneə varmı?

0
637

Məncə, işgüzarlığa yeganə maneə fiziki və mənəvi durumdur. Bu, hətta maneəni işgəncəyə çevirəcək səbəbdir.
İşgüzar insan hər hansı durumda bacardıqlarının səfərbər etməyə çalışır. Bu isə heç də asan başa gəlmir.
Fiziki məhdudiyyətin fərqli durumlarına düçar olmuş şəxsin problemləri də müxtəlifdir.
Bu problemlərə mənəvi əziyyət daha da ağırlıq gətirir.
Bu problemlərin müvəqqəti olması arzusu ilə yanaşaraq onu da demək lazımdır ki, ətrafın, yaxınların köməyi də bu məsələdə vacibdir. Aydın məsələdir ki, ilk növbədə mənəvi gücümüzə arxalanmalıyıq . Düşüncələrimizin reallığına üstünlük verməliyik.
Bütün çətinliklərin müvəqqəti olduğuna inanmalıyıq.
Mənəvi gücümüzün səfərbərliyinə var-gücümüzlə çalışmalıyıq. Əks halda işgüzarlığımızı da itirə bilərik. Bu isə həyat durumunu şikəst edə belər. Belə ağır vəziyyətə düşməmək üçün əlimizdən gələni etməyə çalışmalıyıq. Düşünçələrimizi, etmək istədiklərini bölüşmək bu məsələdə birinci yerdə durur.
Ətrafında səni başa düşəcək, yardım edəcək insanların olması da vacibdir. Bu insanların olmaması fikri ilə razılaşmaq mümkün deyil. Sadəcə onları eşitmək üçün bütün mənəvi gücümüzü səfərbər etməliyik. Deyilənləri qulaq ardına vuracaq vəziyyətdə olsaq belə dəfələrlə cəhd etməliyik. Kiçik sevindirici sonluqlar böyük xöşbəxtliyin açarı ola bilər.
İşgüzar insanın istədiyi fəaliyyətə dönüşü də bu xoşbəxtliyə aiddir.

Sənubər