Ölkə başçısı İlham Əliyev bu gün bir qəsəbə və səkkiz kəndin işğaldan azad edildiyini açıqladı.
İlk dəfə Xocavənd rayonundan hansısa ərazi işğaldan azad edildi. Söhbət 26 noyabr 1991-ci ilədək ayrıca rayon olmuş, sonradan Xocavənd rayonunun tərkibinə qatılmış Hadrut qəsəbəsi və Sur kəndindən gedir.Bu gün alınan həmin ərazilərin hansı rayonlara aid olduğunu təqdim edir.
– Hadrut qəsəbəsi, Sur kəndi (hər ikisi Xocavənd rayonu);
– Yuxarı Güzlək, Gorazıllı kəndləri (hər ikisi Füzuli rayonu);
– Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı kəndləri (hamısı Cəbrayıl rayonu).
Qeyd edək ki, Azərbaycan ordusu indiyədək düşməndən 34 ərazini işğaldan azad edib. Bunların arasında Cəbrayıl şəhəri də var.