İşğaldan azad edilmiş torpaqlarda yeni tədqiqat işlərinə başlanılır – RƏSMİ

0
397

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumlarla birlikdə “Qırmızı kitab”ın üçüncü nəşrinin hazırlanmasına başlayıb”.

Bunu Beynəlxalq bitki sağlamlığı ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda keçirilən regional videokonfransda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Nazir qeyd edib ki, kitabın hazırlanmasında böyük tədqiqat işləri aparılacaq:

“Aidiyyəti qurumlarla birlikdə çöl işləri aparılacaq, həm də işğaldan azad olunmuş torpaqlarda olan bitkilərlə bağlı araşdırmalar gedəcək”, – deyə M.Babayev əlavə edib.