İşğaldan azad edilmiş ərazilərdə “Tour de Azerbaijan” velosiped yarışı keçiriləcək – FOTO

0
254

“Tour de Azerbaijan” velosiped yarışının bərpası işğaldan azad edilmiş Azərbaycan torpaqlarında turizmin inkişafı üçün ciddi bir təkan ola bilər.

Bunu “Sputnik Azərbaycan”a açıqlamasında Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev deyib.

Federasiya baş katibi təşkilatın 2021-ci il üçün planlarından, velosipedçi Elçin Əsədovun Tokiodakı Olimpiya Oyunlarında gözlədiyi perspektivlərdən və “Tour de Azerbaijan” velosiped yarışının yenidən başlamasının Azərbaycan ərazilərinin potensialının inkişafına təkan ola biləcəyindən danışıb.

Jurnalistin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində velosiped yarışları keçirməklə bağlı sualını cavablandıran F.Əliyev qeyd edib: 

“İkinci Qarabağ müharibəsindən əvvəl də (o vaxt bu torpaqlar işğal altında idi) Azərbaycanın azad edilmiş ərazilərində velosiped yarışları keçirməyi xəyal edirdik. Velosiped sürmək üçün mütləq infrastruktura və yollara ehtiyacımız var, bundan sonra bu, əsas hədəflərimizdən biri olacaq.

Üstəlik, hazırda inşa olunan Füzuli-Şuşa yolunda Azərbaycan Velosiped İdmanı Çempionatını keçirmək niyyətindəyik. Əminəm ki, yarışı bu yolda keçirtmək üçün hər kəs bizə dəstək olacaq. İnşaatın tamamlanmasını və bu istiqamətdə müvafiq infrastrukturun yaradılmasını gözləyirik. Düşünürəm ki, bu il çətin olacaq, amma gələn il belə bir yarış təşkil etmək tamamilə mümkündür”.