İşğaldan azad edilən rayonlarımızla bağlı daha bir vacib ADDIM

0
475
Close up businessman signing contract making a deal.

“Azərenerji” ASC Azərbaycan ordusunun işğaldan azad etdiyi Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdam və tamamilə dağıdılmış rayonlarda elektrik enerji sisteminin sıfırdan yaradılması, o cümlədən, işğaldan azad olunan və olunacaq digər ərazilərdə enerjisistemin yenidən qurulması üçün kadr ehtiyatının yaradılması məqsədi ilə müsabiqə elan edib.

Müsabiqə şərtlərində bildirilib ki, 330/220/110 və 110/35/10 kV-luq yarımstansiyalar üzrə növbətçi mühəndislər, elektrik montyorları, hidromexaniklər, hidrotexniklər, elektriklər, müxtəlif növ elektrik avadanlıqlar üzrə mütəxəssislər, usta, çilingər, tornaçı axtarılır.

Maraqlanan şəxslər sənədlərini həftə içi 5 gün saat 09:00-dan 18:00-dək “Azərenerji” ASC-nin Kadrlar şöbəsinə təqdim etməlidir.

Müsabiqədə iştirak etmək istəyənlər əlaqə üçün (+99412) 490-09-43 telefon nömrəsinə zəng edə və ya [email protected] ünvanına CV-lərini göndərə bilərlər.