Işğal altındakı 3552 metrlik zirvəmizin son görüntüləri yayıldı- Laçın. Böyük İşıqlı…-VİDEO

0
1352

Bizlər Bakıda 33 mərtəbəli göydələnlər ucaltmaqla yox, bu cür zirvələrimizi  azad etməklə qürur duya bilərik…

26-cı ildir ki, işğal altında qalan Laçın rayonu ərazisindəki Böyük  İşıqlıdağ  yüksəkliyindən son video və foto-görüntülər yayılıb.
Video-görüntülərdə  Böyük İşıqlıdağın yamacında yerləşən füsunkar Qaragöl də görünür.   Azərbaycana məxsus dağ yüksəkliyində erməni və ya digər ölkələrə mənsubluğu bəlli olmayan  turist görünüşlü məxluqlar gözə dəyir.
 
Qısa arayış:
Böyük İşıqlı – Azərbaycan Respublikasının qərbində, Laçın rayonunun cənub-qərbində Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağdır. Vulkanın mütləq hündürlüyü dəniz səviyyəsindən 3552 metrdir. Böyük İşıqlı – sönmüş vulkandır və burada mezozoy erasının effuziv süxurları üstünlük təşkil edir. Yamacında İşıqlı Qaragölü yerləşir. Həmçinin, 17 oktyabr 1987-ci il tarixində yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğu da, Böyük İşıqlı dağının yamacında, 2650–2700 m mütləq yüksəklikdə yerləşir.
P.S. Bizlər Bakıda 33 mərtəbəli göydələnlər ucaltmaqla yox, bu cür zirvələrimizi,  dağ göllərimizi ermənilərdən azad etməklə qürur duya bilərik…