İsgəndər Həmidovun durumu kritikləşdi

0
387

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti kritik durumdadır. Həkimlər onun həyatı ilə çarpışırlar.

Bu sözləri tibb üzrə professor Adil Qeybulla ötən aydan koma vəziyyətində olan İsgəndər Həmidovun durumu ilə bağlı danışarkən deyib.

A.Qeybulla bildirib ki, xəstədə mütəmadi tənəffüs pozuntuları qeydə alınır:

“Bir neçə gün öncə qardaş Türkiyədən gəlmiş neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edildi. Baş beyinin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beyinin hər iki yarımkürəsini əhatə etməsi müəyyən edildi. Aparılan müalicə sxeminə müəyyən korrektələr edilib.

Hazırda xəstə hemodinamikası inotrop (dərman preparatları hesabına) dəstəkdədir, durumu qeyri-stabildir”.

Qeyd edək ki, İ.Həmidov 24 yanvardan komadadır və süni tənəffüs aparatına qoşulub.