İşdən çıxarılan icra başçısına yeni vəzifə verildi

0
395

İki gün əvvəl vəzifəsindən azad edilən icra başçısına yeni vəzifə verilib.

Xaçmazın sabiq 81 yaşlı icra başçısı Şəmsəddin Xanbabayev Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının sədri seçilib.

Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Ş.Xanbabayev vəzifəsindən azad edilib və Elnur Rzayev Xaçmazın yeni icra başçısı təyin olunub.