İşdən çıxarılan icra başçısı: “Səhvim oldu, Prezident məni vəzifəmdən azad etdi”

0
558

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.

Arif Qasımov prezidentin onunla bağlı verdiyi qərarın düzgün olduğunu deyib:

“Cənab Prezidentin verdiyi qərar bizim tacımız, qəbulumuzdur. Səhvim oldu, cənab Prezident də məni vəzifəmdən azad etdi”.