İşçilərinə bu qədər maaş verməyənlər 1500 manat cərimələnəcək – VİDEO

0
358

Prezident İlham Əliyevin Sərəncamına əsasən, yanvarın 1-dən minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

Minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd olunan əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun dəyişiklik edilməsi mütləqdir.

İş yerlərində əmək haqqının minimum məbləği yanvarın 1-dən 300 manatdan az ola bilməz. 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə işçilərin əmək haqlarının artırılması ilə bağlı da işəgötürənlər müvafiq tədbirlər görməlidir.

İşçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslərin 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Videoya aşağıdakı linkdən baxa bilərsiniz

https://player.olke.az?v=4285&share_user_id=