İş yerlərində yeniliklər olacaq: Peşəkarlıq artırılacaq

0
206

İş yerlərində işçilərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi, habelə ixtisasının artırılması stimullaşdırılacaq.

bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.

Artıq dəyişiklik layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim edilib.

Layihədə qeyd olunur ki, Azərbaycanın uğurlu inkişafının əsaslarından biri müasir texnologiyaların imkanlarından istifadə etməklə vətəndaşların bilik və bacarıqlarının artırılması yolu ilə yüksək peşəkarlığa malik kadr potensialının yaradılmasıdır.

Məcəllədəki dəyişikliklər də məhz bu sahədə müasir əmək bazarının mövcud resurslarından məqsədyönlü istifadə edilməsinin hüquqi tənzimlənməsini nəzərdə tutur.