Əmək bazarında rəqabət gündən-günə artmaqdadır. Bu səbəbdən də əmək qabiliyyəti olub, lakin iş tapa bilməyənlər şəxslər var. Onlar müxtəlif səbəblərə görə iş axtarışında çətinliklərlə üzləşirlər.
Eyni zamanda, şirkətlər də bir çox hallarda işçi sayını azaltmaq məcburiyyətində qalır. Buna səbəb biznesə təsir edən pandemiya, həmçinin digər kənar faktorların olmasıdır. Lakin, bu dönəmdə bəzi böyük şirkətlər işsizlərin işlə təmin olunmasına təşəbbüs göstərir.
Nümunə olaraq, “166 Yükdaşıma və Logistika” şirkəti iş axtaranlar üçün yeni hr.166.az platformasını istifadəyə verib. Portalın məqsədi namizədlər və şirkət arasında rahat şəkildə əlaqənin qurulmasıdır. İş axtaranlar portal vasitəsilə şirkətdə olan aktiv vakansiyaları izləyə, uyğun olan vakansiyalara müraciət edə və müraciətin statusuna baxa bilərlər.
Qeyd edək ki, vakansiyalar üzrə tələblər müxtəlifdir, həm orta, həm orta ixtisas, həm də ali təhsilli şəxslər (müxtəlif departamentlərdə mütəxəssis, həmçinin, işçi qüvvəsi, sürücü, təmizlik işçisi, usta və s.) üçün geniş iş imkanları mövcuddur.