İş adamlarının qətllərini sifariş verən rusiyalı qubernator saxlanıldı – VİDEO

0
603

Rusiyanın Xabarovsk diyarının qubernatoru Sergey Furqal bir sıra sahibkarların qətlində və qətlinə cəhddə ittiham olunaraq saxlanılıb.

Məlumata görə, cinayətlər 2004-2005-ci illərdə Xabarovsk diyarında və Amur vilayətində törədilib. Bildirilir ki, qubernator mütəşəkkil cinayətkar dəstənin tərkibində fəaliyyət göstərib. Furqaldan əlavə, cinayətkar dəstənin daha dörd üzvü saxlanılıb və həbs edilib.

Qeyd edək ki, Sergey Furqal 2018-ci ilin sentyabr ayında qubernator seçilib, bundan əvvəl isə 12 il Xabarovsk diyarını Rusiya Dövlət Dumasının Federasiya Şurasında təmsil edib.