“İrşad Electroniks” cərimələndi

0
366

İrşad Electroniks MMC barədə inzibati protokol tərtib edilib.

Şirkət qanunvericilikdə nəzərdə tutulmuş sertifikatlaşdırma qaydalarını pozmaqda təqsirləndirilir.

İnzibati Xətalar Məcəlləsinin 447.0.4-ci (qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə) maddəsi ilə tərtib edilən protokola Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Bu inzibati xətaya görə, hüquqi şəxslər 4 manatdan 6 min manatadək məbləğdə cərimə edilir.