İraqda qızlar üçün “razılıq yaşı” 9-a ENDİRİLİR

0
178

İraq hakimiyyəti qanuna qızların evlənmək üçün minimum yaşını yarıya qədər – 18-dən 9-a endirə biləcək düzəlişləri nəzərdən keçirir.

Bu barədə “The Telegraph” məlumat yayıb.

Dəyişiklik həmçinin qadınları boşanma, uşaq qəyyumluğu və vərəsəlik hüququndan məhrum edəcək.

Hakim şiə koalisiyası deyir ki, dəyişikliklər şəriət qanunlarına uyğundur və qızları “əxlaqsız münasibətlərdən” qorumaq məqsədi daşıyır.

Bu təşəbbüs cəmiyyətdə ciddi müzakirələrə səbəb olur. Onun tərəfdarları hesab edirlər ki, bu, İslam ənənələrinə və normalarına daha ciddi riayət etməyə kömək edəcək.

Tənqidçilər dəyişikliklərin insan hüquqlarını pozduğunu və qadın və uşaqların hüquqlarının qorunmasında geriyə doğru addım olduğunu bildirirlər.