İraq Məclisi ölkənin Baş Naziri Adel Abdel Mehdinin istefasını qəbul edib.
Səsvermədə 329 millət vəkilindən 241-i iştirak edib.
Məclis başqanı Məhəmməd əl-Halbusu açıqlamasında bildirib ki, İraq konstitusiyasının 75-ci maddəsinə əsasən yeni Baş Nazirin təyin edilməsi üçün ölkə Prezidentinə müraciət ediləcək.
Qeyd edək ki, 2018-ci ilin oktyabrından Baş Nazir postunda olan Adel Abdel Mehdi bu ilin oktyabrının əvvəlindən İraqın müxtəlif şəhərlərində hökümətin istefası tələbi ilə keçirilən aksiyalardan sonra vəzifəsindən imtina edib.