İranlı deputat Donald Trampın başına 3 milyon dollar qoyub

0
473

İran parlamentinin deputatı Əhməd Həmzə ABŞ prezidenti Donald Trampı qətlə yetirən şəxsə 3 milyon dollar pul mükafatı vəd edib.

“Reuters” xəbər verir ki, o, pul mükafatını təmsilçisi olduğu Kirman vilayətinin əhalisinin adından verəcəyini söyləyib.

Xatırladaq ki, Kirman yanvarın 3-ü Bağdadda ABŞ-ın raket zərbəsi nəticəsində ölən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Qasım Süleymaninin doğulduğu bölgədir.