İranla müharibə başlayıb: ABŞ zərbə endirdi – Karasik

0
509

ABŞ-ın sanksiya tətbiq etdiyi İranın Ali dini lideri Əli Xamenei, Xameneinin ofisi və əlaqəli maliyyə qurumları İran və ölkə iqtisadiyyatı üçün böyük zərbə ola bilər.

Bu sözləri Vaşinqton Qulf Analitik Mərkəzinin baş məsləhətçisi doktor Teodor Karasik İrana tətbiq olunan son sankiyaları şərh edərkən deyib. Onun sözlərinə görə, bu sahələrə və şəxslərə tətbiq olunan sanksiyalar müəyyən bir sinfin sosial vəziyyətini çökdürməkdədir:

“Bu addım birbaşa İran rəhbərliyinin pul və aktivlərinə zərbə endirməyə istiqamətlənib. Bu, öz növbəsində, İran üçün böyük təzyiq olacaq. İranı bəzi kiber-fəaliyyətinə güzəştə getməyə məcbur edəcək.

İranla müharibənin bir növü artıq başlayıb və bir müddət davam edəcək kimi görünür. Biz ABŞ olaraq başa düşməliyik ki, İranın o təbəqəsi ilə mübarizə aparırırıq ki, onların dünyagörüşü sadə xalqın baxışları ilə üst-üstə düşmür”.

Analitik qeyd edib ki, ABŞ İranın kiber-hücum və bənzər sahələrinin fəaliyyətini yaxından izləmək potensialına malikdir:

“Bunu daha öncə də vurğulamışam. Lakin təkrar etməklə hazırda mövcud olan bir çox dezinformasiyanın aradan qaldırılmasına yardım etmək istəyirəm”.