İranın xarici işlər naziri Abbas Əraqçı Ermənistana səfər edəcək
Bu barədə İran XİN-nin sözçüsü İsmail Bəqai məlumat verib.
Qeyd olunub ki, XİN rəhbəri bazar ertəsi erməni həmkarının dəvəti ilə İranın qonşuları ilə ikitərəfli münasibətləri və regional inkişaf üzrə davam edən məsləhətləşmələr çərçivəsində İrəvana yollanacaq.
Əraqçı Ermənistanın xarici işlər naziri ilə danışıqlardan əlavə, bu ölkənin baş naziri və digər rəsmi şəxslər ilə də görüşəcək və ikitərəfli əlaqələri, habelə Qafqaz regionunda baş verən son hadisələri müzakirə edəcək.