İranın Süniklə bağlı strategiyası: Paşinyanın Tehrana səfəri zamanı Xamenei ona nə deyib?

0
44

İran konsulluğunun Qafanda açılmasından 1,5 il keçib. Bu, hər hansı bir iş görmək üçün çox az vaxtdır, lakin min illik tarixi keçmişimizə əsaslanaraq, planlarımızı çox tez həyata keçirə bilmişik”. 

Bunu jurnalistlərlə söhbətində Ermənistanda keçirilən festivalda iştirak edən İran konsulu Morteza Abedin Varamini deyib.

“Ticarət əlaqələrinin inkişafı ilə bağlı planlar və layihələr var. İranın Süniklə bağlı strategiyası çox aydındır. Cənab Paşinyan İrana səfər edərkən İranın ruhani lideri ilə görüşdü və İran bu strategiyasını ona çatdırdı. İran-Ermənistan sərhədinin dəyişməzliyi İran üçün qırmızı xətdir”, – konsul deyib.