İranın “İveco” şassisi əsasında yük maşınları kimi maskalanan və Rusiyaya göndərilmək üçün hazırlanan “Fəth-360” raket qurğuları və “Arman” taktiki raketdən müdafiə sistemlərinin yeni görüntüləri yayılıb.
Fotoları “Azad İran” “Telegram” kanalı paylaşıb.
Məlumata görə, Rusiyaya bu sistemlərdən əlavə müəyyən optik-elektron sistem də veriləcək.
Silahlar arasında İranın “Sepehr-14” optik-elektron izləmə və atəşə nəzarət sistemi də var. Bu cür sistemlərin mənfi cəhəti isə pis hava şəraitində işləməməsidir.
![](https://publika.az/storage/2025/01/05/iran_silah.jpg)
![](https://publika.az/storage/2025/01/05/iran.jpg)
![](https://publika.az/storage/2025/01/05/iran_silah_rusiya.jpg)
![](https://publika.az/storage/2025/01/05/irasn_silahiq.jpg)