İranın “qanının arasına” bu ölkə girdi: Yoxsa itkilər daha çox ola bilərdi

0
40

İsrailin hücumu başlamazdan bir neçə saat əvvəl Rusiya bu barədə İrana xəbərdarlıq edib və vəziyyətlə bağlı əldə etdiyi kəşfiyyat məlumatlarını təqdim edib.

Bu barədə “Sky News Arabia” öz mənbəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Moskva Tehranı Amerika və İsrail hərbçilərinin müvafiq fəaliyyətləri barədə məlumatlandırıb və qeyd edib ki, bu məlumatın verilməsi “İranla əməkdaşlığın və regionda gərginliyin azaldılması istəyinin nəticəsidir”.

Nəticədə, mənbənin sözlərinə görə, İran “vaxtında reaksiya verə” və bəzi hədəflərə “İsrailin hücumlarının ölümcül gücünü” azaltmaqla onu “məhdud zərər” səviyyəsinə endirə bilib.

“Sky News Arabia” telekanalının məlumatına görə, İsrail İlam, Xuzistan və Tehran əyalətlərindəki hərbi bazalara hücum edib, lakin İranın hava hücumundan müdafiəsi hücumların əksəriyyətini “dəf etməyi” bacarıb.

İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin bəyanatında deyilir ki, İsrail dəfələrlə Tehranı “macəraçı hərəkətlərdən” çəkinməyə çağıran xəbərdarlığa baxmayaraq, üç əyalətdəki hərbi hədəflərə hücum edib. Onların sözlərinə görə, dəymiş ziyanın miqyası hələ qiymətləndirilməyib.

Xatırladaq ki, İran tərəfi İsrailin zərbələri nəticəsində İran ordusunun iki əsgərinin şəhid olması barədə məlumat vermişdi.