İranın nüvə silahı hazırladığına dair konkret sübut yoxdur.
Bunu MAQATE-nin baş direktoru Rafael Qrossi deyib.
O vurğulayıb ki, MAQATE siyasi deyil, təftiş orqanıdır və silahların hazırlanması ilə bağlı iddialar agentlikdə hələlik olmayan ciddi sübutlar tələb edir. Eyni zamanda, o, xüsusilə İranın uranı silah gücünə yaxın səviyyəyə qədər zənginləşdirməsini nəzərə alaraq, vəziyyətin ciddi narahatlıq doğurduğunu etiraf edib.
MAQATE rəhbəri qeyd edib ki, İran nümayəndələri nüvə silahının yaradılmasının İslam prinsipləri ilə bir araya sığmadığını dəfələrlə bəyan ediblər. Bununla belə, o, bəzi rəsmilərin İranın bütün lazımi texnologiyalara malik olması ilə bağlı açıqlamalarına da diqqət çəkib.
“Beləliklə, bir çox qeyri-müəyyənlik var və bu heç vaxt yaxşı bir şey deyil”, – deyə Qrossi bildirib.
O, həmçinin İrandakı nüvə obyektində radioaktiv çirklənmə barədə məlumat verib.