İranın nüvə obyektləri VURULACAQ? – Plan Baydenə təqdim edildi, yanvarın 20-nə kimi…

0
14

Amerikanın hazırkı lideri Co Bayden komandası ilə birlikdə İranın nüvə obyektlərinə zərbə endirmək niyyətindən danışıb,

Bu barədə “Axios” məlumat yayıb.

Nəşrin mənbələri bildiriblər ki, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Baydenə ABŞ-ın İranın nüvə obyektlərinə potensial hücum variantlarını təqdim edib.

“Sallivan prezident Baydenə iiranlıların 20 yanvar tarixinə qədər nüvə silahı yaratmaq üçün addımlar atacağı təqdirdə, ABŞ-ın İranın nüvə obyektlərinə potensial hücum variantlarını təqdim edib. Bu, indiyədək gizli qalan görüşdə baş verib.

Bayden bu məsələ ilə bağlı heç bir yekun qərar verməyib. Müzakirənin məqsədi mümkün ssenarilər üzərində işləmək olub”, – nəşr yazır.

Baydenin bir sıra köməkçiləri, o cümlədən Sallivan hesab edir ki, İranın hava hücumundan müdafiə və raket imkanlarının aşağı salınması uğurlu zərbə şansını artıracaq, həmçinin Tehranın cavab reaksiyası riskini, eləcə də regionda eskalasiyanı azaldacaq.

Bir müddət əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken bildirmişdi ki, son iyirmi ildə Vaşinqton İranda rejimi dəyişdirmək üçün bir sıra eksperimentlər keçirib, lakin bu cəhdlər uğurlu olmayıb.