İranın keçmiş prezidenti koronavirusa yoluxub

0
409
 76 yaşlı M.Xatəmi paytaxt Tehrandakı xəstəxanalardan birinə yerləşdirilib.
Onun durumu barədə heç bir rəsmi məlumat yayılmayıb.
Qeyd edək ki, hakimiyyətdaxili islahatçı xəttin lideri sayılan Məhəmməd Xatəmi 1943-c il sentyabrın 23-də İranın Yəzd əyalətinin Ərdəkan şəhərində doğulub. O, İran İslam Respublikasının 5-ci prezidentidir və iki dəfə prezident seçilib: birinci dəfə 1997-ci ildə, ikinci dəfə isə 2001-ci ildə.
Xatırladaq ki, İranda koronavirusa yoluxanların sayı 35 408 nəfərdir. Ölkədə 2 517 nəfər bu infeksiyada ölüb.