“Vəliəhd Məhəmməd bin Salmanın ölkəmizlə bağlı açıqlamaları Səudiyyə Ərəbistanı rəhbərliyinin bölgədəki yanlış siyasətinin meydana gətirdiyi problemlərdən yayınmaq istəyini göstərir”.
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.
“Səudiyyə Ərəbistanı bölgədə meydana gələn dəyişikliklərlə bağlı düzgün bir qavrayışdan məhrum olduğu üçün hərbi üsullarla xaos və gərginlik yaradır, öz xalqının və bölgə ölkələrinin sərvətini əcnəbilərin cibinə doldurur”, – Musəvi bildirib.
Xatırladaq ki, Səudiyyə vəliəhdi Məhəmməd bin Salman İranın ona tabe milislər vasitəsilə teraktlar təşkil etdiyini söyləmişdi.