İrandan “Qarabağ Ermənistana məxsusdur” iddiası – Heydərini kim danışdırır?

0
199

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komitəsinin sədr ümavini Şəhriyar Heydəri Qarabağın erməni torpağı olduğunu iddia edib.

Heydəri Qarabağın Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi olduğu iddiasını irəli sürüb. Daha sonra “Azərbaycan sionist rejimdən istifadə edərək, Ermənistan üzərində hərbi üstünlük əldə edib” iddiasını təkrarlayıb.

“Qarabağ ənənəvi olaraq Ermənistana məxsusdur və insanların köçməsi Azərbaycan ordusunun hücumlarından qaynaqlanır”, – Heydəri həyasızlığını davam etdirib.

Rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, lakin Heydəri kimilərin bu cür iddiası hər şeydən öncə İran-Azərbaycan münasibətlərinin əleyhinədir. İstisna deyil ki, Heydəri kimiləri danışdıranlar İran daxilində Bakı-Tehran münasibətlərində çatların yaranmasında maraqlı olan qruplardır.