İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovu Tvitter hesabında təbrik edib.Təbrikdə deyilir:
“Azərbaycan Respublikasının hörmətli Xarici İşlər naziri cənab Elmar Məmmədyarov! İran İslam Respublikasının səfiri olaraq və diplomatik nümayəndəliyin bütün heyətinin adından sizi böyük sevinc hissi ilə 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Uca Tanrıdan sizə cansağlığı və ən xoş arzularımı diləyirəm. 60 illik yubileyiniz mübarək, cənab nazir!”
Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun 60 yaşı tamam olur.