İranda ziyarətgahı təhqir edənlər həbs olunub

0
407

 

İranın Qum şəhərinin polisi İmam Rzanın bacısı Mənsumə xanımın ziyarətgahını təhqir edən 11 nəfəri həbs edib.

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Məşhəd şəhərində imam Rzanın və Qum şəhərində imam Rzanın bacısı Mənsumə xanımın ziyarətgahları müvəqqəti olaraq bağlanıb. Buna baxmayaraq, bəzi insanlar virusun İranda geniş yayılmasının bu ziyarətgahların səbəb olduğunu iddia edərək təhqiramiz hərəkətlərə yol veriblər.

Qum şəhərinin polis idarəsinin rəisi Əbdülrza Ağaxani bildirib ki, belə hərəkətlərə yol verən insanlar sərt şəkildə cəzalanacaqlar. Onun sözlərinə görə, müqəddəs ziyarətgahların təhqir edilməsi qanunlara zidd olmaqla yanaşı, İslam əxlaqına da sığmır.

Qeyd edək ki, koronavirus ilk dəfə Qum şəhərinə ziyarətə gələn çinli müsəlmanlarda aşkar edilib. Ənənəyə görə, ziyarətə gələnlər Mənsumə xanımın qəbri üzərindəki sərdabəni öpürlər ki, bu da virusun yayılmasına səbəb olub.