
İranın cənubunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Episentri təxminən 352 min insanın yaşadığı Bəndər-Abbas şəhərindən 59 kilometr şimalda olan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilmir.