İranda ÜST-nin xəbərdarlıq etdiyi qorxulu xəstəlikdən ilk ölüm qeydə alındı

0
78

“İranda 21 mart 2024-cü ildən etibarən ən azı bir nəfər denqe virusunun fəsadlarından ölüb”.

Bu barədə İslam Respublikası Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərə qarşı Mübarizə Mərkəzinin hesabatında deyilir.

Bildirilir ki, martdan etibarən ölkədə denqe qızdırmasına yoluxma hallarının sayı 152-yə çatıb. Bir nəfər istisna olmaqla, xəstələrin hamısı İran vətəndaşlarıdır. Onlardan 130 nəfər infeksiyaya yoluxma testinin müsbət çıxmasından qısa müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinə, yeddi nəfər Pakistana səyahət edib, 12 nəfər isə İslam Respublikasının hüdudlarını tərk etməyib.

Nazirliyin məlumatına görə, xəstəliyi daşıyan “Aedes aegypti” və “Aedes albopictus” ağcaqanadları İranın cənub əyalətləri olan Buşehr, Sistan və Bəlucistan, Fars və Hörmüzgan, eləcə də şimal əyalətləri olan Ərdəbil, Gilan və Mazandaran əyalətlərində yayılıb.

Qeyd edək ki, iyulun 22-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İranda denqe qızdırmasının yayılması riskini yüksək qiymətləndirib.