İranda toyda qaz balonu partladı – 11 nəfər öldü

0
348

İranın qərbindəki Kürdüstan əyalətində toy mərasimi zamanı qaz partlayışı baş verib.

“Mehr” agentliyi xəbər verir ki, partlayış nəticəsində 5-i uşaq olmaqla, azı 11 nəfər həlak olub.
Partlayış zamanı həmçinin 34 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.