İranda sel nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb

0
338

Yanvarın 3-də İranın cənubunda baş verən sel fəlakəti nəticəsində ölənlərin sayı doqquza yüksəlib.

Bu barədə ölkənin Milli Böhran İdarəetmə Mərkəzinin rəisi İsmayıl Nəccar məlumat verib.

Məlumata görə, təbii fəlakət nəticəsində Fars əyalətində 5, Kirmanda 2, Sistan-Bəlucistan əyalətində 2 nəfər olmaqla, toplam 9 ölkə vətəndaşı həyatını itirib.

Şiddətli yağışların ölkə üzrə 101 şəhər və 309 bölgəyə mənfi təsir göstərdiyi bildirilib.