İranda sel fəlakəti: Yeddi nəfər öldü, yüzlərlə yaralı var

0
329

İranın cənubundakı daşqınlar azı yeddi nəfərin həyatına son qoyub.

Ölüm hallarının ikisi Buşehr, beşi isə Hürmüzqan vilayətində qeydə alınıb.

Bundan əlavə, təxminən 950 nəfər yaralanıb, 40 nəfər təxliyyə olunub.

Qeyd edilib ki, son bir neçə gündə ölkədə şiddətli yağış müşahidə olunur, ölkənin bir sıra cənub əyalətləri, o cümlədən Xuzistan, Fars, Buşehr və Hürmüzqan su altında qalıb.