İranda “qiyamət”: 78 nəfər ölüb, 400 min nəfər köçürülüb, kəndlər boşaldılır

0
664

İranda aramsız yağan yağışlar nəticəsində 25 əyalətdə daşdınlar baş verib. Nəticədə 78 nəfər sel sularının qurbanı olub.

Rəsmi məlumata görə, 25 əyalətdə 235 şəhər və 4304 kənddə yaşanan sel fəlakəti bu günə qədər 78 nəfərin ölməsi ilə nəticələnib. Min nəfər isə xəsarət alıb.

Ümumilikdə təbii fəlakət 10 milyon nəfərə yaxın insana ziyan vurub, 400 min nəfər təxliyə edilib. Hətta 4 kəndin sakinləri tamamilə başqa bölgəllərə köçürülüb.

Digər tərəfdən, İranın Sistan-Beluçistan əyalətində 8 kənd boşaldılıb.