İranın Tehran əyalətində qar uçqunu nəticəsində altı nəfər ölüb.
Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının rəhbəri Mehdi Velipura istinadən xəbər verir.
Onun sözlərinə görə, ötən gecə Şemiranat rayonu ərazisinə qar yağması və güclü çovğun nəticəsində qar uçqunu olub.
Azı 16 nəfər itkin düşüb.
Xilasedicilər onları axtarmağa davam edirlər.