İranda qadınlara əxlaq qanunlarını pozmalarına görə ölüm cəzası tətbiq ediləcək

0
21

İranda qadınlar bu həftə qüvvəyə minəcək yeni məcburi əxlaq qanunlarını pozduqları təqdirdə ölüm cəzası və ya 15 ilədək həbs cəzası ala bilərlər.

“Mədəni iffət və hicab” haqqında yeni qaydalar İran hakimiyyəti tərəfindən dekabrın əvvəlində qəbul edilib. Onlar “çılpaqlığı, əxlaqsızlığı, açıqlığı və ya qeyri-münasib geyimi təbliğ edənlər” üçün sərt cəzalar nəzərdə tutur. Bu qanunun pozulmasına görə 15 900 dollara qədər cərimə, qamçılama və beş ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Qeyd olunur ki, bu cür davranışa görə qadın İran Cinayət Məcəlləsinin 296-cı maddəsinə əsasən ölüm cəzasına məhkum edilə bilər.