İranda Prezident Rəisinin İslam inqilabına həsr olunmuş çıxışı hakerlər tərəfindən kəsilib

0
152

İranda İslam inqilabının ildönümünə həsr olunmuş nümayişdə Prezident Rəisinin çıxışı zamanı dövlət televiziyasının yayımı hakerlər tərəfindən kəsilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Hakerlər yayıma müdaxilə edərək efirə təxminən bir dəqiqəlik videoçarx buraxıblar.

Videoda maskalı şəxs İran xalqına korrupsioner molla rejiminin banklarına qoyduğu vəsaitlərini çıxarmağa çağırış edib.

O, habelə “Ölüm olsun İslam Respublikası rejiminə”, “Ölüm olsun Xameneiyə” kimi şüarlar səsləndirib.

Bəzi İran KİV-də yayıma edilən kiberhücumun yalnız internet efirində baş verdiyi bildirilir.