İranda arxeoloqlar unikal tapıntıya imza atıb.
Qədim Persepolis şəhərinin (İranın cənubunda) yaxınlığında arxeoloji qazıntılar zamanı iranlı və italiyalı alimlər Əhəməni imperatoru Böyük Kirin əfsanələrində bəhs edilən Tall-e-Ajori sarayının “Pardis Parsa” adlı qapısının qalıqlarını aşkarlayıb.
Qalıqların olduqca yaxşı vəziyyətdə olduğu qeyd edilir.
Monumental quruluşun ilk izləri 10 il əvvəl tapılsa da, elm adamları kəşfi yalnız indi elan edib. Qazıntılar yalnız onuncu mövsümdə tamamlanıb və alimlərin bu quruluşu müəyyənləşdirməsi üçün vaxt lazım olub.
Əslində bu “qapı” kiçik bir saraydır. Arxeoloqlar və mədəni irs mütəxəssisləri onların ölçülərinin 30-40 metr, hündürlüyünün isə 12 metr olduğunu aşkar edib.
Layihənin rəhbəri iranlı arxeoloq Əlirza Əsgəri-Çarudinin dediyinə görə, bu binanın mərkəzində 8×12 metr ölçüdə düzbucaqlı otaq formasında dəhliz düzəldilib. Əhəmənilərin mərkəzi iqamətgahına – imperatorluğun hökmdarı Böyük Kirin olduğu güclü bir sülaləyə doğru aparıb.
Darvaza kərpic və gildən tikilib, fasadın hamısı boyalı kərpiclə işlənib. Üzərində mifik heyvanlar və qədim iranlıların, elamların və mesopotomiyalıların inanclarının simvollarını əks etdirən rəngli panellər var.
Daha da əhəmiyyətlisi, mərkəzi otaqda mixi yazılara rast gəlinir.
Bundan əlavə, materialların radiokarbon analizi aparılıb. Bütün bunlar tapılan abidənin eramızdan əvvəl 539-cu ildən sonra Böyük Kirin ordusu tərəfindən Babilin fəthi şərəfinə tikildiyini göstərir.
Qədim rəvayətlərdən məlum olur ki, Kir Babilə girəndə onu yandırmaq əmrini vermədi, baxmayaraq ki, o vaxt bütün fəth edilmiş şəhərlərlə belə olmuşdu. Əksinə, yerli əhalinin evlərinə qayıtmasına və dini inanclarına riayət etmələrinə icazə vermişdi.
Persepolis UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib. Şəhər bənzərsiz memarlığı ilə seçilir. Dünyada planlaşdırılmasının (bina texnologiyası) analoqu yoxdur.