İranda məscid və ticarət mərkəzlərinə tətbiq edilən məhdudiyyətlər ləğv olundu

0
376

İranda yeni növ koronavirus tədbirləri çərçivəsində təqribən üç ay əvvəl ibadət üçün bağlanan məscidlərin yenidən açılması və ticarət mərkəzlərindəki məhdudiyyətlərin aradan qaldırılması qərara alınıb.

Koronavirusa qarşı Milli Mübarizə Komitəsinin Tehrandakı iclasından sonra prezident Həsən Ruhani ölkənin epidemiya ilə bağlı son vəziyyəti barədə məlumat verib.

Koronavirus epidemiyasının ölkənin ən vacib problemi olduğunu deyən Ruhani bu virusun dünyada siyasət, sosial, səhiyyə və hətta mədəniyyət sahələrində bir çox dəyişikliklərə səbəb olduğunu bildirib.

O, qeyd edib ki, tədbirlərin yumşaldılmasına baxmayaraq, epidemiyadan əvvəlki vəziyyətə qayıtmaq üçün vaxt lazımdır:

“Xalq bilməlidir ki, yaxın zamanda koronavirusdan əvvəlki vəziyyətə qayıda bilməyəcəyik”.

Onun sözlərinə görə, yumşalma təhlükənin azalması anlamına gəlmir.