İranda kütləvi zəhərlənmə davam edir: Bu dəfə Ərdəbildə 11 məktəbdə

0
168

İranın fərqli şəhərlərindəki məktəblərdə 3 aydır ardıcıl olaraq zəhərlənmə halları baş verir. Cənubi Azərbaycanın Ərdəbil vilayətində də 400-dən çox şagird zəhərlənib.

Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Əli Muhammediyan ötən gün əyalətdə 11 məktəbdə 400-dən çox tələbə qızın zəhərləndiyini bildirib.

Muhammediyan 302 şagirdin bir neçə saat ərzində ilk müalicədən sonra evə buraxıldığını, 100 şagirdin isə müşahidə altında saxlanıldığını bildirib.

Şagirdlərin vəziyyətinin yaxşı olduğunu qeyd edən Muhammediyan, lazımi müdaxilə ilə yanaşı, müayinələrin də aparıldığını və ətraflı məlumatın daha sonra ictimaiyyətlə paylaşılacağını əlavə edib.