İranda güclü partlayış, 17 nəfər öldü, yüzlərlə yaralı xəstəxanaya aparıldı

0
158

İranda keçirilən Çərşənbə festivalı zamanı 17 nəfər ölüb.

Bu barədə yerli “Tasnim” agentliyi məlumat yayıb. Buna səbəb festivalda pirotexniki vasitələrdən istifadə olub. Bildirilib ki, ümumilikdə 714 nəfər yaralanıb. Onlardan 130-dan çoxu xəstəxanaya yerləşdirilib, səkkiz nəfər reanimasiyadadır, bəzilərinin isə bədən üzvləri amputasiya olunub.

Məlumat üçün bildirək ki, İranda da hər il ilaxır çərşənbəsində “Çaharşanbe-Suri” bayramı qeyd olunur. Adət-ənənəyə görə, bu zaman iranlılar odun üstündən tullanır, həmçinin şənlik zamanı fişənglərdən istifadə edirlər. Keçən il bu şənliklərdə 1500-dən çox insan əziyyət çəkib.