İranda edam olunanların dəhşətli statistikası

0
29

İran həbsxalarında son bir ayda 52 məhbus dar ağacından asılıb.

Bu barədə İranda İnsan Haqları Təşkilatının (HRANA) ölkədə insan haqlarının pozulması ilə bağlı son aylıq hesabatında bildirilib.

Qeyd edilib ki, daha 14 məhbusa ölüm hökmü çıxarılıb. Dörd məhbusun isə edam cəzası təsdiqlənib.

Təşkilat qeyd edib ki, İranda cari il ərzində 15-i qadın olmaqla 438-dən çox məhbusun ölüm hökmü icra edilib.