İranda DƏHŞƏTLİ QƏZA – 14 nəfər öldü, 38-i yaralandı

0
15

İranın cənub-şərqində avtobus aşıb.

Yol qəzası nəticəsində 14 nəfər ölüb, 38 nəfər yaralanıb.

Qəza Kerman vilayətindən keçən magistralda baş verib. Əyalət qubernatoru Məhəmməd Əli Talebi zərərçəkənlərə hərtərəfli dəstək göstərmək üçün bütün mövcud resursların səfərbər edilməsini əmr edib.

Zərərçəkənlərdən bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerinə dərhal xilasedicilər və polis gəlib. Zərərçəkənlərə lazımi köməklik göstərilir.

Qəzanın hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.