İranda bir gündə 216 nəfər koronavirusdan öldü

0
396

İranda ötәn sutka әrzindә daha 216 nәfәr koronavirusdan ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 17700 nəfərə yüksəlib.

Sadat Lari әlavә edib ki, ötәn 24 saat әrzindә daha 2333 nәfәr koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 291 172 nəfərə yüksəlib.