İranda 36 min məhbus vaxtından əvvəl azadlığa buraxıldı

0
515

İran həbsxanalarında cəza çəkən 36 min məhbus azadlığa buraxılıb.

Bu barədə İran Həbsxanaları Təşkilatının sədri Mehdi Həc-Məhəmmədi açıqlama verib.

Mehdi Həc-Məhəmmədi bildirib ki, məqsəd həbsxana kimi çox adam olan yerlərdə koronavirusa yoluxma riskini azaltmaqdır.

İranda COVID-19 pandemiyası ilə əlaqədar məhbusların azad edilmə prosesi martın əvvəlindən başlayıb. Azadlığa buraxılanlar ağır cinayət törətməyən məhbuslardır.