İrana qarşı yeni sanksiyalar elan edildi

0
61

ABŞ administrasiyası İrana qarşı əlavə sanksiyalar elan edəcək.

Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Böyük Britaniyada keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, məhdudiyyətlər “Iran Air”ə təsir edəcək. Sanksiyalar İranın Rusiya ilə əməkdaşlığına cavab olaraq tətbiq ediləcək.

O xatırladıb ki, İranın hazırkı hakimiyyət orqanları ölkədən xarici məhdudlaşdırıcı tədbirlərin çıxarılmasını koordinasiya etmək istəklərini bəyan ediblər.

“Amma onlar əks effekt əldə etdilər”, – deyə Blinken vurğulayıb.