İrana qarşı əməliyyat nə qədər müddətə hazırlanıb? – Netanyahu açıqladı

0
16

İranın nüvə proqramına qarşı əməliyyatın hazırlanması əmri 2024-cü ilin noyabrında verilib.

Bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.Sənəd məndədir. Bu, İranın nüvə proqramının faktiki olaraq yox edilməsi əmridir”, – Netanyahu deyib.

Onun sözlərinə görə, əməliyyata başlamaq qərarı İsrail ordusunun 2024-cü ilin sentyabrında Livanda “Hizbullah” partiyasının baş katibi Həsən Nəsrullah başda olmaqla, qruplaşmanın rəhbərliyinin aradan qaldırmasından qısa müddət sonra verilib.

Netanyahu onu da qeyd edib ki, ilkin olaraq İrana bu ilin aprel ayının sonunda zərbə endirilməsi planlaşdırılsa da, müəyyən səbəblərə görə əməliyyat ertələnib.