“İrana cavabımız ölümcül və gözlənilməz olacaq”.
Bunu İsrailin müdafiə naziri Yoav Qallant kəşfiyyat bölmələri ilə görüşündə bildirib.
“İranın hücumu aqressiv, lakin qeyri-dəqiq idi. Bizim hücumumuz isə əksinə, ölümcül, son dərəcə dəqiq və ən əsası gözlənilməz olacaq. İran qüvvələrinin olanları anlamağa vaxtı da çatmayacaq. Onlar sadəcə nəticələri görəcəklər”, – nazir qeyd edib.