İran XİN: “Silah aparılması üçün ölkəmizin ərazisindən istifadə edilməsinə əsla icazə vermərik”

0
419

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə ölkəsi üzərindən Ermənistana silah aparılması xəbərinə aydınlıq gətirib.

O bunun üçün İranın ərazisindən istifadə edilməsinə imkan verilmədiyini deyib:

“İran ölkələrə malların tranziti ilə əlaqədar lazımi nəzarət və yoxlamalar aparır və biz silah və sursatların köçürülməsi üçün ölkəmizin ərazilərindən istifadə edilməsinə əsla icazə vermərik”.

O, bildirib ki, İranla qonşu ölkələr arasında hərbi olmayan malların tranziti, yük maşınlarının gediş-gəlişi hər zaman davam edir. Sözügedən yük maşınları da bu çərçivədə fəaliyyət göstərir.